"Trabzonspor"dan ayrılan futbolçu: "Belə vəziyyətdə futbol oynamaq istəmirəm"
- 19 Mar 2020 16:23
- 643
Trabzonspor"la müqaviləsini qarşılıqlı razılaşma əsasında pozan Con Obi Mikel açıqlama verib.
Rekord.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında azarkeşlərə təşəkkür edib:
"Dəstək olduqları üçün azarkeşlərə minnətdaram. Bu mövsüm uğurlu nəticələrə görə komanda yoldaşlarım və texniki heyətə təşəkkür edirəm.
Komanda yoldaşlarıma liqanı qazanmaları üçün uğurlar arzu edirəm. Verdiyim ən çətin qərarlardan biri idi. Ancaq belə vəziyyətdə ailəmizə diqqət ayırmalıyıq və yanlarında olmalıyıq".
Con Obi Mikel Super Liqada "Başakşəhər"lə qarşılaşmadan sonra Türkiyə çempionatının koronavirusa görə davam etdirilməsinə kəskin etiraz etmişdi:
"Həyatda futboldan vacib amillər var. Özümü yaxşı hiss etmirəm. Belə vəziyyətdə futbol oynamaq istəmirəm. Çempionat dayandırılmalıdır".
Nigeriyalı futbolçu 2019-cu ildən "bordo-mavililər"də çıxış edirdi. O, bu mövsüm 27 oyun keçirib.