![photo](https://www.rekord.az/storage/uploads/5/svas9290-1024x764.jpg)
“Trabzonspor”dan “Sivasspor”a
- 15 İyl 2023 22:00
- 312
“Sivasspor” növbəti transferini rəsmiləşdirib.
Rekord.az xəbər verir ki, Sivas klubu Super Liqanın digər təmsilçisi “Trabzonspor”dan yarımmüdafiəçi Abdulkadir Parmakı transfer edib.
28 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Abdulkadir Parmak futbola “Trabzonspor”un aşağı yaş qrupları üzrə komandalarında başlayıb. O, bu klbun əsas komandasında 104 oyuna 9 qol vurub. Futbolçu karyerası ərzində “1461 Trabzon”, “Ümraniyəspor”, “Altınordu”, “Adana Dəmirspor”, “Kayserispor” kimi klubların formasını geyinib.