![photo](https://www.rekord.az/storage/uploads/5/iran.jpg)
“Traktor” 1/8 finala darmadağınla yüksəldi
- 14 Mar 2021 11:00
- 558
Futbol üzrə İran kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçiləri “Traktor”la “Maşinsazi” də növbəti matçına çıxıb.
“Traktor” evdə “Şahrdari Mahşahr” klubu ilə üz-üzə gəlib. Təbriz təmsilçisi rəqibini darmadağın edərək 1/8 finala yüksəlib – 3:0.
Təbrizin digər təmsilçisi “Maşinsazi” isə doğma meydanda “Fulad”la üz-üzə gəlib. “Traktorçular”dan fərqli, “Maşinsazi” 0:3 hesabıyla uduzaraq mübarizəni dayandırıb.