Futbol üzrə İran kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da bu turnirdə növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Mes Kerman”la qarşılaşıb. Rəqibini 4:1 hesabıyla darmadağın edən Təbriz klubu yarımfinala vəsiqə qazanıb.

“Traktor” yarımfinalda “Naft MİS” klubu ilə qarşılaşacaq.