Futbol üzrə İran çempionatında 24-cü turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “İstiqlal” ilə qarşılaşıb. Cənubi Azərbaycan nəhəngi bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

Təbrizin digər təmsilçisi “Maşinsazi” isə bu turda “Persepolis”lə ev oyunundan məğlub ayrılıb - 0:1.

“Traktor” hazırda 41 xalla 16 kollektiv arasında 4-cü, “Maşinsazi” isə 24 xalla 11-ci pillədə qərarlaşıb.