"Traktor" şəhər yox, ölkə komandası kimidir
- 31 Okt 2019 11:40
- 895
Təbrizin "Traktor" klubunun baş məşqçisi Mustafa Dənizli komandasının çempionluq şansı haqda danışıb.
Rekord.az xəbər verir ki "TRT Spor"a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis qızıl medal qazanmaq üçün əllərindən gələni edəcəklərini deyib:
"Bu həftə də çox önəmli oyunumuz var - ("Traktor" Təbrizdə əsas rəqiblərindən olan "Esteqlal"ı qəbul edəcək -red.). Görüşü 80 minə yaxın azarkeşimizin izləyəcəyi gözlənilir. Tərəfdarlarımız komandaya çox inanırlar. "Traktor" şəhər yox, ölkə komandası kimidir. Düşündüyümüz şəkildə davam etsək, çempion ola bilərik.
"Traktor" 8 turdan sonra 17 xalla 2-ci yeri tutur. "Sepahan" 18 xalla liderdir.