Futbol üzrə İran çempionatında 14-cü turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən klublar - “Traktor”la “Maşinsazi” də növbəti matçına çıxıb.

Sözügedən klublar Təbriz derbisində bir-biri ilə qarşılaşıb. “Maşinsazi” doğma meydanda meydanda qarşılaşdığı Cənubi Azərbaycanın ən məşhur klubu ilə dueldən qalib ayrılıb – 2:0.

“Traktor” hazırda 18 xalla 16 kollektiv arasında 9-cu, “Maşinsazi” isə 19 xalla 8-ci pillədə qərarlaşıb.