Futbol üzrə İran çempionatında 6-cı turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu doğma meydanda “Şəhr Xodru” ilə qarşılaşıb. “Traktorçular” bu oyundan qələbə ilə ayrılıblar – 1:0.

“Traktor” 6 turdan sonra 7 xalla 16 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.