Cənubi Azərbaycanın "Traktor" klubunun prezidenti Qulamreza Sadeqian istefa verib.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, baş məşqçi Mustafa Dənizlinin gedişindən 3 gün sonra bu qərarını açıqlayıb.

Sadeqian istefası ilə bağlı bunları deyib: "Futboldankənar bəzi insanlar "Traktor"un uğurlarını istəmirlər. Onlar Təbriz komandasının önünü kəsərək, oyunların nəticələrinə təsir göstəriblər".

Qeyd edək ki, "Traktor" klubu 12 oyundan 18 xalla 9-cu pillədə qərarlaşıb.