Futbol üzrə İran çempionatında 18-ci turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu doğma meydanda “Zobahan”la qarşılaşıb. “Traktorçular” bu oyundan qələbə ilə ayrılıblar – 2:1.

Təbrizin digər təmsilçisi “Maşinsazi” isə bu turda “Şəhr Xodru” ilə qarşılaşacaq.

“Traktor” hazırda 33 xalla 16 kollektiv arasında 3-cü, “Maşinsazi” isə 23 xalla 9-cu pillədə qərarlaşıb.