Futbol üzrə Asiya Çempionlar Liqasında qrup mərhələsinin dördüncü turunun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu İraqı təmsil edən “Əl-Kuvə” ilə qarşılaşıb. Ötən tur bu rəqibi ilə qolsuz heç-heçəyə razılaşan “traktorçular”, bu dəfə 1:0 hesablı qələbəyə seviniblər.

Xatırladaq ki, “Traktor” bundan əvvəlki hər üç matçında heç-heçə oynamışdı. İlk qələbədən sonra təbrizlilər 6 xalla B qrupunda 2-ci pillədə qərarlaşıblar. Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Şərcə” klubu isə 8 xalla liderdir. Özbəkistan “Paxtakor”u 3 xalla üçüncü, “Əl-Kuvə” 2 xalla sonuncudur.

“Traktor” növbəti matçını aprelin 26-da “Paxtakor”a qarşı keçirəcək.