![photo](https://www.rekord.az/storage/uploads/5/traktor-10.jpg)
“Traktor”dan ilk qələbə
- 28 Avq 2023 23:33
- 392
Futbol üzrə İran çempionatında 3-cü turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu evdə “Mes Rafsanjan”la qarşılaşıb və 1:0 hesablı qələbəyə sevinib.
İlk qələbədən sonra 3 xalı olan təbrizlilər 12-ci pillədə qərarlaşıblar.