İranın “Traktor” futbol klubu maraqlı paylaşımı ilə diqqət çəkib.

Rekord.az xəbər verir ki, Təbriz klubunun rəsmi “Twitter” səhifəsində Əbdül Mahmudov və Həsənağa Turabovun 1985-ci ildə çəkdiyi “Qanlı zəmi” (“Atları yəhərləyin”) filmindən paylaşım edilib.

Paylaşımda Qaçaq Nəbinin İrandan olan dövlət nümayəndəsinə “Arazın o tayı da, bu tayı da mənim doğma el obamdır. Elin o başı, bu başı olmaz” sözləri vurğulanıb.