
“Traktor”dan növbəti qələbə
- 26 Apr 2025 17:20
- 47
İran çempionatında 22-ci turdan təxirə salınmış bir oyun keçirilib.
Rekord.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” səfərdə “Fulad”ın qonağı olub.
Gərgin keçən oyunun sonuna hakim 28 dəqiqə əlavə edib. Təbriz klubu qələbə qolunu əlavə olunmuş 23-cü dəqiqədə vurmaqla çempionluq yolunda vacib 3 xal qazanıb – 2:1.
Sona 3 tur qalmış xallarının sayını 61-ə çatdıran “Traktor” ən yaxın izləyicisi “Sepahan”ı 5 xal qabaqlayır. Təbriz klubunu tarixində ilk çempionluqdan cəmi 2 qələbə ayırır.