Cənubi Azərbaycanın “Traktor” klubunun futbolçularında koronavirus aşkarlanıb.

Rekord.az xəbər verir ki, bu barədə Təbriz təmsilçisinin rəsmi saytı məlumat yayıb.

“Traktor” klubunun futbolçularından götürülən koronavirus testinin nəticələrinə əsasən, komandanın 4 oyunçusunda virus aşkarlanıb.

Virusa yoluxan futbolçuların adları açıqlanmayıb və onlar karantinə alınıb.