Futbol üzrə İran kubokunda ikinci finalçının adına aydınlıq gəlib.

Rekord.az xəbər verir ki, sonuncu yarımfinal görüşündə “Persepolis”lə “İstiqlal” komandaları qarşılaşıb.

Matçın əsas vaxtında qapılara dörd qol vurulsa da, qalib müəyyənləşməyib – 2:2. Bu üzdən də penalti zərbələrinə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “İstiqlal” finala yüksəlib – 4:1.

Xatırladaq ki, ilk yarımfinal matçında Cənubi Azərbaycan təmsilçisi “Traktor” “Naft MİS” üzərində 1:0 hesablı qələbəyə sevinmişdi.

Beləliklə, sentyabrın 3-də keçiriləcək həlledici oyunda “Traktor”la “İstiqlal” üz-üzə gələcək. Təbriz və Tehran təmsilçiləri Məşhəd şəhərində münasibətlərinə aydınlıq gətirəcəklər.