Futzal üzrə Yüksək Liqada 2021/22 mövsümü üçün “transfer pəncərəsi” iyulun 5-dən açılıb.

Rekord.az xəbər verir ki, komandalar oyunçuların transferini və qeydiyyatını əvvəlcədən qeyd edildiyi kimi, sentyabrın 22-dək deyil, oktyabrın 10-dək həyata keçirə bilərlər.

Bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbinə uyğun olaraq yalnız 18 yaşdan yuxarı vətəndaşlar COVID pasportunu (vaksinasiya sertifikatı, xəstələnib sağalmış şəxslər üçün immunitet sertifikatı) göstərməklə idman zallarında məşq edə və ya oyun keçirə  bilərlər.