Tuhel "Çelsi"də qalır
- 31 May 2021 14:44
- 18949
"Çelsi"nin baş məşqçisi Tomas Tuhel yaxın zamanda klubla yeni müqavilə imzalayacaq.
Rekord.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis London klubunun rəhbərliyi ilə görüşəcək.
Alman çalışdırıcı ilə müqavilənin müddəti 2023-cü ilin iyununa kimi uzadılacaq və daha bir il daha uzadılması variantı olacaq.
Qeyd edək ki, Tuhel yanvardan "Çelsi"ni çalışdırır. Onun rəhbərliyi altında komanda dünən Çempionlar Liqasının finalında "Mançester Siti"ni 1:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.