Bu gün qadın voleybolçular arasında Yüksək Liqada daha bir oyun baş tutub. "Rekord.az" xəbər verir ki, II turun son qarşılaşması Gəncədə keçirilib.

Gəncə İdman Sarayında təşkil olunan görüşdə “Gəncə” komandası “Milli Aviasiya Akademiyası” klubunu qəbul edib. Oyuna daha yaxşı başlayan paytaxt təmsilçisi 2:0 hesabı ilə önə keçib. Lakin meydan sahibləri sonradan təşəbbüsü ələ alaraq ümumi hesabı bərabərləşdiriblər - 2:2. Cütün taleyinə isə tay breykdə aydınlıq gəlib. Həlledici hissədə daha dəqiq oynayan "Milli Aviasiya Akademiyası" yekunda 3:2 hesabı ilə qələbə qazanıb.

Yüksək Liqa

Il tur

7 dekabr

   “Gəncə” - “Milli Aviasiya Akademiyası” 2:3 (20:25, 21:25, 25:17, 25:18, 11:15)

Turnir cədvəli:

   “Abşeron” -  2 oyun, 2 qələbə, 0 məğlub, 6 xal; 

   “AZERRAIL”- 2 oyun, 2 qələbə, 0 məğlub, 5 xal; 

   “Murov Az Terminal” -  2 oyun, 1 qələbə, 1 məğlub, 4 xal; 

   “Milli Aviasiya Akademiyası” -  2 oyun, 1 qələbə, 1 məğlub, 2 xal; 

   “Gəncə” -  2 oyun, 0 qələbə, 2 məğlub, 1 xal; 

   UNEC -  2 oyun, 0 qələbə, 2 məğlub, 0 xal;