Turabovun komandası doğma meydanda xal itirdi
- 04 Fev 2020 11:42
- 713
Futbol üzrə Albaniya çempionatında 20-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun formasını geyindiyi “Biliş” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Vlajniya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2. Xeyli müddətdi zədədən əziyyət çəkən Eltun bu görüşün iştirakçısı olmayıb.
“Biliş” 20 turdan sonra 31 xalla 10 komanda arasında 4-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, Albaniya klubu Turabovu "Sabah"dan icarəyə götürüb.