Futbol üzrə Albaniya çempionatında 8-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun formasını geyindiyi “Biliş” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Luftetari” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Eltun bu görüşün iştirakçısı olmayıb. Zədədən yeni qayıdan futbolçumuz bu oyunu ehtiyat oyunçular skamyasından izləyib.

“Biliş” 8 turdan sonra 13 xalla 10 komanda arasında 4-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Albaniya klubu Turabovu "Sabah"dan icarəyə götürüb.