21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının və “Keşlə”nin yarımüdafiəçisi Tural Bayramlı yenidən karyerasını Latviyada davam etdirə bilər.

 

Rekord.az saytı xəbər verir ki, ona bu ölkədən yeni təklif var.

 

Ona kifayət qədər münasib təklif irəli sürülüb. Üstəlik, Latviyada legioner limiti də götürülüb. Lakin Turalın "Keşlə" ilə müqaviləsi var və klub yəqin ki, futbolçusuna görə müəyyən məbləğ tələb edəcək.

 

“Keşlə” futbolçusunu satmaq üçün həm də Turalın əvəzinə 21 yaş limitinə uyğun gələn başqa oyunçu tapmalıdı. Hazırda paytaxt təmsilçisində Turaldan başqa Ziya Əzizov olsa da, o zədəlidi.

Məlumata görə, Turalın oyunlarını izləyən skautlar növbəti turlarda Bakıya gəlib onun oyununu birbaşa stadiondan izləyəcəklər.

Tural Latviyaya getsə, Bakıda qazandığından 3 qat artıq maaş alacaq. Onu heyətində görmək istəyən komandanın adını müəyyənləşdirə bilməsək də, Latviyanın köklü klublarından biri olduğu bildirilir.

Xatırladaq ki, Tural Bayramlı bu yay transfer olunduğu “Keşlə”dən öncə Latviyanın “Dauqavpils” klubunun uğurları üçün çalışıb. (sportlife.az)