Norveçin payaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.

Rekord.az xəbər verir ki, üçüncü yarış günündə 70 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub.

Turan Bayramov 1/8 finalda dünya ikincisi Adam Batırovla qarşılaşıb. Təcrübəli Bəhreyn təmsilçisiylə gərgin mübarizə şəraitində keçən görüşdə həmyerlimiz əzmkar qələbə qazanıb. 1/4 finaldakı rəqib də dünya ikincisi olub. Amerikalı Ceyms Qrinlə qarşılaşma da dramatik məcrada keçib. Yekunda qələbəni minimal fərqlə əldə edən Bayramov dünya çempionatının yarımfinalına yüksəlib. Finalın bir addımlığında dünya ikincisi və ikiqat Avropa çempionu olmuş polşalı Məhəmmədmurad Hacıyevlə qarşılaşan Turan təcrübəli rəqibinə uduzub. Güləşçimiz oktyabrın 5-də bürünc medal uğrunda güləşəcək. 

İslam İlyasov debütdə Belarus idmançısına minimal fərqlə uduzub. 

70 kq
1/8 final: Turan Bayramov - Adam Batırov (Bəhreyn) 3:2
1/4 final: Turan Bayramov - Ceyms Qrin (ABŞ) 6:5
1/2 final: Turan Bayramov - Məhəmmədmurad Hacıyev (Polşa) 2:4
Bürünc medal görüşü: Turan Bayramov

97 kq
1/8 final: İslam İlyasov - Aleksandr Xuştin (Belarus) 3:4