Turan Bayramov Olimpiadada medalsız qaldı
- 05 Avq 2021 18:30
- 744
Olimpiadada güləş yarışları davam edir.
Rekord.az xəbər verir ki, bu gün Turan Bayramov (74 kq) mübarizəyə start verib.
20 yaşlı güləşçimiz ilk görüşdə ukraynalı Vasili Mixaylova qalib gəlib - 4:2. Həmyerlimiz 1/4 finalda ikiqat dünya, dördqat Avropa çempionu, Rio Olimpiadasının bürünc medalçısı Frank Çamizo (İtaliya) ilə qarşılaşıb. Bayramov titullu və olduqca təcrübəli rəqibiylə başa-baş mübarizə aparsa da, güclü rəqibinə məğlub olub - 1:3. İtaliya təmsilçisi növbəti mərhələdə belaruslu güləşçiyə uduzduğu üçün, Bayramov bürünc medal şansını da itirib.