Premyer Liqaya buraxılması dəqiqləşən “Turan Tovuz” öncədən planlaşdırdığı kimi, digər klublarda çıxış edən tovuzlu futbolçulara təklif göndərib.

Rekord.az-a daxil olan məlumata görə, artıq 4 futbolçuya müraciət olunaraq onlara Tovuza getməl təklif olunub.

Söhbət Kamal Bayramov, Cavid Tağıyev, Elvin Məmmədov və Vurğun Hüseynovdan gedir. Lakin bu futbolçuların heç biri hələlik dəqiq cavab verməyib və fikirləşmək üçün vaxt istəyib.