Mətbuatda Adil Şükürovun yeni açılan "Turan Tovuz" Futbol Akademiyasına rəhbər təyin olunmasına dair məlumat yayılmışdı.

Lakin Rekord.az xəbər verir ki, Tovuz təmsilçisi bu məlumatlı təkzib edib.

Belə ki, qol.qaz-a açıqlama verən Tovuz komandasının icraçı direktoru Nadir Nəbiyev məsələyə bu cür münasibət bildirib: "Adil Şükürovla bizim danışığımız olub. Tək onunla yox, bir neçə mütəxəssislə danışmışıq. Amma biz Adil Şükürovla nə müqavilə bağlamışıq, nə də razılığa gəlmişik".