![photo](https://www.rekord.az/storage/uploads/5/premyer-liqa.png)
“Turan Tovuz” – “Araz-Naxçıvan” matçının vaxtı və məkanı dəyişdi
- 31 İyl 2023 17:30
- 389
Futbol üzrə Azərbaycan Premyer Liqasının 1-ci turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun vaxtı və məkanı dəyişib.
Rekord.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Araz-Naxçıvan”ın meydan sahibi olacağı görüş avqustun 4-də, saat 20:00-da “Dalğa Arena”da başlayacaq.
Komandaların əvəzediciləri arasındakı qarşılaşma bir gün sonra, saat 17:00-da Binə qəsəbə stadionunda keçiriləcək.