Premyer Liqanın 18-ci turunun “Turan Tovuz” – “Araz” oyununun biletləri satışa çıxarılıb.

Rekord.az xəbər verir ki, biletləri bu gündən etibarən stadionun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərsiniz.

2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.

Oyun 23 dekabr tarixində, saat 16:00-da Tovuz şəhər stadionunda baş tutacaq.