![photo](https://www.rekord.az/storage/uploads/4/turan-21.jpg)
"Turan Tovuz" "Araz Naxçıvan"ı Bakıda qəbul edəcək?
- 20 İyl 2023 12:00
- 733
Məlum olduğu kimi, yeni mövsümün püşkü atılıb və püşkə görə "Turan Tovuz" evdə "Araz Naxçıvan"ı qəbul etməlidir.
Lakin Rekord.az xəbər verir ki, bu oyunun Tovuzda keçirilməsi sual altındadır.
Buna səbəb stadionda təmir işlərinin hələ də yekunlaşmamasıdır. Hazırda klub rəhbərliyi və stadion işçiləri bütün güclərini səfərbər ediblər. Amma risk yenə də qalıb. Bu mənada ehtimal var ki, Tovuz təmsilçisi " Araz Naxçıvan" ı Bakıda qəbul etsin. Belə ki, iyulun 28-də Türkiyə toplanışından qayıdan komanda Tovuza getməyib paytaxtda qalacaq və ilk turun hazırlıqlarını, oyunu burada keçirəcək. Stadion kimi isə "Dalğa Arena"nın seçiləcəyi gözlənilir.