![photo](https://www.rekord.az/storage/uploads/5/t-320.jpg)
“Turan Tovuz” “Araz Naxçıvan”ı böyük hesabla məğlub etdi
- 12 İyl 2023 21:25
- 408
Yeni mövsümün hazırlıqlarına davam edən “Turan Tovuz” ilk yoxlama oyununu keçirib.
Rekord.az xəbər verir ki, sözügedən komanda Premyer Liqaya yeni vəsiqə qazanmış "Araz Naxçıvan"la qarşılaşıb.
Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutan matçda Tovuz klubu rəqibini 5:1 hesabı ilə məğlub edib.