"Misli" Premyer Liqasının II turunda sabah Bakıda "Səbail"in qonağı olacaq "Turan Tovuz" dəstəksiz qalmayacaq.

Rekord.az xəbər verir ki, klub rəhbərliyi oyuna gəlmək istəyən azarkeşlər üçün avtobus ayıracaq.

Sadəcə, fanatlardan bu gün ərzində arenaya gəlib qeydiyyatdan keçmələri lazımdır.