"Turan Tovuz"un "Sabah"ın futbolçusu Ceyhun Nuriyevlə maraqlanması haqda məlumat vermişdik.

Rekord.az xəbər verir ki, Tovuz təmsilçisi qış transfer pəncərəsində bu futbolçu üçün "Sabah"a müraciət edəcək.

Tovuzlular Ceyhunu ən  azı mövsümün sonuna kimi icarəyə götürmək istəyir.

Qeyd edək ki, Masazır təmsilçisinin yeni müqavilə təklifindən imtina edən Nuriyev əvəzedici komanaya göndərilib və hazırda orada məşq edir.