Misli Premyer Liqasının 27-ci turu çərçivəsində "Sumqayıt"ı qəbul edəcək "Turan Tovuz"da ciddi itki var.

Rekord.az xəbər verir ki, Tovuz təmsilçisi Emmanuel Hakmanın xidmətindən istifadə edə bilmçəyəcək.

Sözügedən futbolçu sarı vərəqə limitini doldurduğu üçün meydançaya çıxa bilməyəcək.