"Turan Tovuz"da əsas komanda ilə yanaşı, klubun futbol akademiyasına da ciddi önəm verilir, sərmayə yatırılır.

Rekord.az-a "Turan Tovuz"un futbol alademiyasındakı maaş cədvəli ilə bağlı maraqlı məlumat daxil olub.

Öncə ondan başlayaq ki, kateqoriyası olmayan məşqçilər klubun futbol akademiyasına işə götürülmür. Məşqçilərin maaşı isə sahib olduqları kateqoriyalar uyğun olaraq hesablanır. Belə ki, C kateqoriyalı məşqçilər 800, B kateqoriyalı məşqçilər 1000-1200, A kateqoriyalı məşqçilər isə 1500 manat əmək haqqı alır. Tovuz təmsilçisi bu göstəriciyə görə Premyer Liqa klubları arasında lider hesab oluna bilər. Çünki heç bir elita klubu uşaq məşqçisinə 1500 manat maaş vermir.