“Turan Tovuz”un baş məşqçisinin köməkçisi Cavid Hüseynovla olan  müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.


Rekord.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.


Klub Cavid Hüseynova göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.