"Turan Tovuz" klubu növbəti transferini açıqlayıb.

Rekord.az xəbər verir ki, braziliyalı futbolçu Bruno Qonçalves do Prado (Brunao kimi tanınır) ilə 1 illik rəsmi müqavilə imzalanıb.

26 yaşlı oyunçunun son klubu Portuqaliya "Leyşoyş"u olub. O, daha öncə "Aroka" (Portuqaliya), "Vila Nova" və "Baiya" (hər ikisi Braziliya) komandalarının da şərəfini qoruyub.