“Turan Tovuz” daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Belaydi Pusi ilə 1 illik sözləşmə imzalanıb. O, 2023/2024 mövsümünün sonunadək komandanın şərəfini qoruyacaq.

Qeyd edək ki, Belaydi bu ilin yanvar ayından Tovuz təmsilçisinin formasını geyinir.

Xatırladaq ki, "Turan Tovuz" bu yay indiyədək Ayxan Hüseynov, Kamal Bayramov, Tərlan Əhmədli, Sadiq Quliyev, Tərlan Quliyev, Ehtiram Şahverdiyev, Eltun Turabov,  Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev, Vüsal Məsimov və Piruz Marakvelidze ilə də müqaviləsini yeniləyib.