Xəbər verdiyimiz kimi, hazırda Tovuz stadionunda yenidənqurma işləri davam edir.

Lakin Rekord.az-a daxil olan məlumata görə, işlərin yeni mövsümün startına kimi tam başa çatacağı inandırıcı görünmür.

Çünki işlər davam etdikcə, necə deyərlər, işdən iş çıxır. Xüsusilə işıq dirəklərinin quraşdırııması zaman alır. Yeni mövsümün startına isə təxminən 20 gün vaxt qalır. Püşkə əsasən "Turan Tovuz" ilk matçını evdə keçirməli olsa, başqa meydança axtarmalı olacaq. Məhz bunları nəzərə alan klub ehtimalı hər ehtimala qarşı Mərdəkandakı "Dalğa Arena"nı da PFL-ə sifariş etməyi planlaşdırır.