Tovuz şəhər stadionunun işıqlandırma sisteminin yenilənməsi prosesi davam edir.

Rekord.az-a açıqlama verən "Turan Tovuz" klubunun İdarə Heyətinin üzvü Əli Balakişiyev yeni işıq dirəklərinin artıq stadiona gətirildiyini deyib.

Dirəkləri quraşdıracaq işçi briqadası da bir neçə gündür işlərə başlayıb. Balakişiyevin məlumatına görə, işlər iyul ayının sonuna kimi tam yekunlaşacaq. Bu isə o deməkdir ki, "Turan Tovuz" yeni mövsümdən ev oyunlarını axşam saatlarında keçirə biləcək.