![photo](https://www.rekord.az/storage/uploads/5/nadir-nebiyev.jpg)
“Turan Tovuz” Futbol Akademiyasına avtomobillər alındı
- 18 Mar 2021 18:40
- 622
FIFA, UEFA və AFFA-nın maliyyə dəstəyi ilə “Turan Tovuz” klubunun nəzdində inşa olunmuş Futbol Akademiyasının istifadəsi üçün 2 ədəd yeni avtomobil alınıb.
Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, nəqliyyat vasitələri klubun hesabına AFFA tərəfindən köçürülmüş maliyyə vəsaiti ilə alınaraq akademiyanın istifadəsinə verilib.