Son turda evdə "Sumqayıt"la 2:2 oynayan "Turan Tovuz" futbolçuları  tək xal itirməyiblər.

Rekord.az xəbər verir ki, onlar həmçinin, yaxşı mükafat qazanmaq şansından da məhrum olub.

Belə ki, saytımıza daxil olan məlumata görə, rəhbərlik qələbə təqdirində hər futbolçuya 4 min manat mükafat vəd edibmiş. "Turan Tovuz" futbolçuları matçın gedişində 0:2 geri düşsələr də ikinci hissənin əvvəlində hesabı bərabərləşçdirə bilib. Lakin 3-cü qolu vura bilməyiblər və 1 xalla kifayətləniblər.