
“Turan Tovuz” futbolçusunun azarkeşlə mübahisəsini yolverilməz hesab edir
- 06 Apr 2025 20:41
- 67
“Turan Tovuz” futbolçusu Veysəl Rzayevlə tribunada yer alan azarkeşlər arasında yaranmış mübahisəyə dair açıqlama yayıb.
Rekord.az xəbər verir ki, açıqlamada bildirilib:
“Premyer Liqanın 29-cu turunda keçirilən “Səbail” - “Turan Tovuz” oyunundan sonra yaşanan xoşəgəlməz hadisə ilə bağlı təəssüf hissi keçirdiyimizi bildiririk. Məsafədən asılı olmayaraq hər zaman komandasının yanında olan, səfər oyunlarında belə ev oyunu ab-havası yaradan azarkeşlərimizin irad və təklifləri inkişafımız üçün çox vacibdir. Komandası ilə bütövləşmiş tribunada istənilən şəxsin təhqir olunması bizi daha da narahat edir.
Bildirmək istəyirik ki, oyunçular tərəfindən azarkeşlərə qarşı göstərilən qeyri-adekvat reaksiya yolverilməzdir. Baş verən hadisə ilə bağlı oyunçulara qarşı klubumuzun daxili intizam qaydalarına uyğun olaraq müvafiq addımlar atılıb. Hər zaman olduğu kimi “Turan” ailəsini vacib missiya uğrunda birlik olmağa çağırırıq”.