"Turan Tovuz" rəhbərliyi komandanın adının dəyişdirilərək yenidən "Turan" olması barədə AFFA-ya məktub ünvanlayıb.

Rekord.az xəbər verir ki, federasiya mövcud məsələ ilə bağlı hazırkı durumu araşdırıb kluba cavab verəcək.

İstənilən halda, prosesə start verilib. Komanda bu mövsüm hazırkı adı ilə çıxış edəcək. Növbəti mövsündən isə komanda yenidən tarixi adı olan "Turan" adı ilə çıxış etməyi planlaşdırır.