Futbol üzrə Azərbaycan Birinci Divizionunda 7-ci tura yekun vurulub.

Rekord.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma keçirilib.

Lider “Turan Tovuz” Gəncə səfərində “Kəpəz”lə qarşılaşıb. 5 qolun vurulduğu matçda tovuzlular çətin qələbə qazanıb.

Turun son matçında “Neftçi-2” ilə “Qaradağ Lökbatan” qarşılaşıb. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsiylə başa çatıb.

Birinci Divizion
7-ci tur

26 noyabr

Kəpəz – Turan Tovuz 2:3
Qol: Nodar Məmmədov, 53-pen. Novruz Məmmədov, 60 – Vidadi Cəfərov, 39; 89-pen. Nurlan Şabanov, 41.
Gəncə şəhər stadionu.

Neftçi-2 – Qaradağ Lökbatan 1:0
Qol: Emin Zamanov, 74.
“Neftçi” klubunun məşq bazası (4-cü meydança).

Turun digər oyunları:

Zaqatala – Keşlə-2 4:0
Sabah-2 – Sumqayıt-2 5:0
MOİK – Qarabağ-2 0:3