“Turan Tovuz” - “Göygöl” oyununun biletləri satışa çıxarıldı
- 28 Noy 2023 12:36
- 254
Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsinin “Turan Tovuz” – “Göygöl” oyununun biletləri satışa çıxarılıb.
Rekord.az xəbər verir ki, biletləri stadionun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərsiniz.
Qeyd edək ki, 1 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.
Sözügedən qarşılaşma bu gün Tovuz şəhər stadionunda keçiriləcək.