![photo](https://www.rekord.az/storage/uploads/5/aleks-serrano.jpg)
“Turan Tovuz” ispan futbolçu ilə müqavilə bağladı
- 24 İyl 2023 21:17
- 285
“Turan Tovuz” növbəti transferini rəsmiləşdirib.
Rekord.az xəbər verir ki, Tovuz klubu Aleks Serrano kimi tanınan Alexandro Qarsiya Serranonu heyətinə qatıb.
28 yaşlı ispan futbolçu ilə 1+1 illik rəsmi müqavilə bağlanıb.
"Sportinq Xixon"un yetirməsi olan yarımmüdafiəçi karyerası ərzində "Malyorka", "Selta", "Salamanka", "Kornelya", "Qurnik" (Polşa) klublarının formasını geyinib. O, son olaraq Bolqarıstan təmsilçisi "Hebar"ın şərəfini qoruyub.