Premyer Liqanın 11-ci turunun “Turan Tovuz” – “Kəpəz” oyununun biletləri satışa çıxarılıb.

Rekord.az xəbər verir ki, biletləri bu gündən etibarən stadionun kassasından əldə edə bilərsiniz.

Qeyd edək ki, 2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.

Oyun 28 oktyabr tarixində, saat 19:00-da Tovuz şəhər stadionunda baş tutacaq.