![photo](https://www.rekord.az/storage/uploads/5/budaq-nesirov.jpg)
“Turan Tovuz” Nəsirovu heyətinə qatdı
- 10 İyl 2023 20:00
- 398
“Turan Tovuz” heyətinə yeni futbolçu cəlb edib.
Rekord.az xəbər verir ki, uzun müddətdir futbol oynamayan yarımmüdafiəçi Budaq Nəsirovu heyətinə qatıb.
26 yaşlı futbolçu ilə 3 illik rəsmi müqavilə bağlanıb.
Tovuz futbolunun yetirməsi olan yarımmüdafiəçi "Turan", "Sumqayıt", "Araz Naxçıvan", "Kəpəz", "Sportinq B"-də (Portuqaliya) çıxış edib.
O, aşağı yaş qrupları üzrə milli komandalarımızla yanaşı, əsas yığmamızın da formasını geyinib.