Növbəti mövsüm Premyer Liqada neçə komandanın oynayacağı hələ də naməlumdur. "Kəpəz" və "Turan Tovuz"un elitaya gətirilməsi hələ də müzakirə mövzusu olaraq qalır.

 

Rekord.az-a daxil olan məlumata görə, "Turan Tovuz" elitaya gələsi olsa, ilk növbədə tovuzlu futbolçuları doğma rayona dəvət etməyi düşünür.

 

Bizə ötürülən məlumata görə, konkret 3 futbolçu ilə bağlı ilkin söhbət və razılıq olub. Bunlar Elvin Məmmədov, Cavid Hüseynov və Vurğun Hüseynovdu. Hər üç futbolçu "Turan Tovuz"da oynamağa razıdır. Bir şərtlə ki, komanda Premyer Liqaya gəlsin.