“Turan Tovuz” – “Qarabağ” oyununun biletləri satışda
- 19 Okt 2023 16:00
- 374
Premyer Liqanın 10-cu turunun “Turan Tovuz” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb.
Rekord.az xəbər verir ki, biletləri bu gündən etibarən Tovuz şəhər stadionunun kassasından əldə edə bilərsiniz.
Qeyd edək ki, 2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.
Oyun 20 oktyabr tarixində, saat 18:30-da Tovuz şəhər stadionunda baş tutacaq.